Gündəm / Cəmiyyət

Gəncədə güclü yanğın: sakinlər təxliyyə olundu

Gəncə şəhərinin Nizami rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində yanğın baş verib.

Kana14.az FHN-nə istinadla xəbər verir ki, 6 m² sahədə məişət tullantıları yanıb.

Yanğın zamanı 6 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.