Gündəm / Cəmiyyət / Video

Azərbaycanda yeni telekanal açılır

Azərbaycanda yeni telekanal açılır

Azərbaycanda yeni televiziya kanalı yaradılıb.

"Kanal14.az" yazır ki, bununla bağlı "SOY production”nın bədii rəhbəri və həmtəsisçisi Sayavuş Hüseynli məlumat yayıb.

Sayavuş "Sport TV” adlanan yeni telekanalın tezliklə fəaliyyətə başlayacağını bildirib.

Sözügedən kanalın idman formatında olacağı və tezliklə yerli kabel operatorları tərəfindən yayımlanacağı diqqətə çatdırılıb.

Qeyd edək ki, ölkə ərazisində idman formatında "İdman Azərbaycan” və "CBC sport” kanalları mövcüddur.