Gündəm / Siyasət / Cəmiyyət

Britaniya səfiri Anım Günü ilə bağlı paylaşım etdi

Britaniya səfiri Anım Günü ilə bağlı paylaşım etdi

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld 27 Sentyabr - Anım Günü ilə bağlı özünün sosial şəbəkə hesabında paylaşım edib.

"Kanal14.az" xəbər verir ki, diplomat "X" platformasında yazıb:

"27 Sentyabr - Anım Günündə müharibədə həyatını itirənləri hörmətlə anırıq. Regiona tezliklə sülh və əmin-amanlığın gəlməsini diləyirik".