Gündəm / Cəmiyyət

“Şuşanı ziyarət edən ilk İsrail səfiri şərəfinə nail oldum” - Corc Dikdən qardaş AÇIQLAMASI


İsrailin Azərbaycandakı səfiri Corc Dik Şuşa səfəri ilə bağlı paylaşım edib.

Kanal14.az-ın  APA-ya istinadən xəbərinə görə, səfir "Twitter" hesabındakı paylaşımında "Azərbaycandakı diplomatik korpusun digər nümayəndələri ilə birgə diqqətəlayiq şəhər olan Şuşanı ziyarət edən ilk İsrail səfiri olmaq tarixi şərəfinə nail oldum. Bu mənalı səfəri təşkil etdiyi üçün Azərbaycan Xarici İşlər Nazirliyinə təşəkkür edirəm", - deyə yazıb.

Xatırladaq ki, Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəlikləri iyulun 9-10-da Füzuli və Şuşaya səfər edib.