Gündəm / Cəmiyyət / Sosial / Səhiyyə

Bu insanların infarkt və insult keçirmə riski daha azdır

Bu insanların infarkt və insult keçirmə riski daha azdır

Araşdırmalar nəticəsində sahib olduqları ilə xoşbəxt olan insanların infarkt və ya insult keçirmə ehtimalının daha az olduğu müəyyən edilib.

"Kanal14.az" xəbər verir ki, bu barədə araşdırmanın nəticələri "Journal of the American Heart Association" jurnalında dərc olunub.

Mütəxəssislər insanların əqli və emosional rifahının yaxşılaşdırılmasının ürək xəstəliyi və insultun qarşısının alınmasının ayrılmaz hissəsi hesab ediblər. 

Tədqiqatçılar araşdırma üçün 120 000-dən çox iştirakçının məlumatlarını təhlil ediblər. İştirakçılar ailə, dostluq, sağlamlıq, maliyyə və ümumi xoşbəxtlik baxımından onların rifahını qiymətləndirən anketləri doldurublar. Tədqiqatçılar insanların rifahını dörd əsas ürək-damar xəstəliyinə tutulma riski ilə əlaqəsini müəyyən ediblər.

Nəticələr göstərib ki, sahib olduqları ilə xoşbəxt olan insanların arteriya tıxanması riski 44%, insult riski 45%, ürək çatışmazlığı riski 51% azalır.