Gündəm / Cəmiyyət / Sosial / Səhiyyə

Bu yolla infarkt riskini azalda bilərsiniz

Bu yolla infarkt riskini azalda bilərsiniz

Qripə qarşı peyvənd olunmaq infarkt riskini 26% azalda bilər.

"Kanal14.az" xəbər verir ki, bu barədə "Scientific Reports"da məlumat dərc olunub.

Alimlər orta yaşı 61 olan 9059 xəstənin məlumatlarını təhlil ediblər. Peyvənd olunanların infarkt keçirmə ehtimalı 26%, ürək-damar xəstəliklərindən ölmə ehtimalı isə 33% azalıb.

Qrip infeksiyası qan damarlarında yağ və xolesterolun yığılmasına kömək edən sistemik iltihaba səbəb ola bilər. 

Tədqiqat mövsümi qrip peyvəndlərinin 65 yaşdan yuxarı insanlar üçün xüsusilə vacib olduğunu təsdiqləyib.