MRT bu insanlarda qan xərçəngi riskini artırır
Belçika, Danimarka, Fransa, Almaniya, İspaniya, İsveç və digər ölkələrdən olan beynəlxalq alimlər qrupu Maqnit Rezonans Tomoqrafiyanın (MRT) gənclərdə qan xərçəngi riskini artıra biləcəyi qənaətinə gəlib
"Kanal14.az" xəbər verir ki, araşdırmanın nəticələri "Nature Medicine" jurnalında dərc olunub.
Müəlliflər həyatları boyu ən azı bir kompüter tomoqrafiyası (MRT) keçirmiş 22 yaşdan kiçik bir milyona yaxın insanın məlumatlarını təhlil ediblər. Bunun üçün doqquz ölkədəki 376 xəstəxananın qeydləri araşdırılıb. İştirakçılar ümumilikdə təxminən səkkiz il izlənilib.
Mütəxəssislər MRT-nin qan xərçənginin inkişafı ilə əlaqəli olduğunu müəyyən ediblər. Konkret olaraq, orta hesabla səkkiz milliqramlıq bir KMRT müayinəsi uşaqlarda qan xərçəngi ehtimalını 16 faiz artırır. Bununla belə, 100 milliqram dozada sümük iliyi şüalanması bu xəstəliyin riskini üç dəfə artırır. Nəticələr mütləq riskə çevrilərsə, MRT müayinəsindən keçən hər on min uşaq üçün müayinədən sonra 12 il ərzində bir və ya iki xərçəng halı inkişaf edəcək.