Gündəm / İqtisadiyyat / Cəmiyyət

İcra Hakimiyyətinin gizli sövdələşməsi alınmadı

İcra Hakimiyyətinin gizli sövdələşməsi alınmadı

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidməti Astara rayon İcra Hakimiyyətinin elan etdiyi tenderin nəticələrini ləğv edib.

"Kanal14.az" Tribunainfo.az-a istinadən xəbər verir ki, Astara şəhərində yaşayış binalarının əsaslı təmirini nəzərədə tutan tender üçün 138.342 manat xərclənməsi nəzərədə tutulubmuş.

Lakin dünən Antiinhisar Xidməti Astara İcra Hakimiyyəti ilə tenderin qalibi olmuş şirkət arasında gizli sövdələşmənin olduğunu aşkarlayıb. Məlum olub ki, sözügedən təmir işləri üçün nəzərədə tutulmuş qiymətləndirmə şişirdilib.

Üstəlik, bu zaman satınalmanın maliyyələşdirilməsinin dayandırılması və "Dövlət satınalmaları haqqında” qanunun 36.1.6.-ci maddəsinin tələblərinin pozulması müəyyən edilib.