Gündəm / İqtisadiyyat / Cəmiyyət

Dövlət Xidməti Komitənin tenderini ləğv etdi – Səbəb bilinmir

Dövlət Xidməti Komitənin tenderini ləğv etdi – Səbəb bilinmir

Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzi (UDAM) tərəfindən keçirilən tender müsabiqəsinin nəticəsi ləğv olunub.

"Kanal14.az" Yeniavaz.com-a istinadən xəbər verir ki, müsabiqənin nəticəsi İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qərarı əsasən ləğv olunub.

Bildirilir ki, Zərdab UADM-ın inzibati binasının əsaslı təmiri işlərinin satın alınması (işin davamı) üçün keçirilən tender müsabiqəsinin ləğv edilmə səbəbi kimi "Dövlət Satınalmaları Haqqında” Qanunun 4.1.2., 38.2. və 57.3.7.-ci maddələri göstərilib.

Məlumat üçün bildirək ki, 1 yanvar 2024-cü ildən qüvvəyə minən "Dövlət Satınalmaları Haqqında” yeni Qanunda 57.3.7.-ci maddə yoxdur. Qeyd olunan digər maddələrdə isə müsabiqənin ləğvindən bəhs olunmur. Məsələn, yeni Qanunun 38-ci maddəsində satınalma müqaviləsinin qüvvəyə minməsi ilə bağlı müddəalar yer alıb.

Hazırda qüvvədə olmayan "Dövlət Satınalmaları Haqqında” Qanunun 38.2-ci maddəsi isə tender komissiyasının məsuliyyətindən və müsabiqənin ləğvindən bəhs olunur.