Gündəm / Cəmiyyət

Bakıda rəsmən AAYDA İŞGƏNCƏSİ… – yolları iflic duruma salmaları bir yana…

Bakıda rəsmən AAYDA İŞGƏNCƏSİ… – yolları iflic duruma salmaları bir yana…

Neçə müddətdir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən total təmir işləri səbəbindən bu gün paytaxt Bakının küçələri sanki bir döyüş meydanını xatırladır. Dia-az.İnfo bildirir ki, bu isə təkcə sürücülərə yox, elə piyadalara da ciddi problemlər yaratmaqdadır. Hər halda insanlar öz evlərinə, iş yerlərinə sanki tikinti meydançasının içindən gedərək yol almaq zorunda qalırlar.
Ən narahatedici məqamlardan biri isə ondan ibarətdir ki, bütün bunlar Bakının əksər ərazilərini əhatə edir və az qala bir aya yaxındır ki davam etməkdədir. Bu isə şikayətlərin artmasına nədən olur.

"Kanal14.az" Dia-az.İnfo-ya istinadən bildirir ki, şikayətlərə səbəb təkcə yolların keçilməz, gediş-gəliş üçün əlverişli olmaması ilə bağlı deyil. Redaksiyamıza müraciət edən Yasamal rayonu, Mətbuat Prospektinin sakinləri bildirir ki, təmir işləri zamanı ana yola əl gəzdirilsə də əvvəlindən əslində normal şəraitli olan ara yolları sanki məqsədli şəkildə dağıdılmaqdadır. Sakinlər bunun AAYDA işçiləri üçün qazanc yeri olduğunu da iddia edirlər.

Onlar bildirir ki, ana yola – Mətbuat prospektinə çıxan yolların, kəsişən yolların məhz AAYDA işçiləri tərəfindən dağıdılmasının ardından yenidən asfaltlanması üçün gərək onlarla danışasan, "ciblərinə beşdən-üçdən basasan…” Bunu iddia edən sakinlərin sözlərinə görə, Bakı şəhəri, Mətbuat prospektində Ə.Haqverdiyev küçəsindən A.Sultanova küçəsi istiqamətindəki kəsişmələr təmir olunsa da (çünki yarım ana yol hesab olunur), M.Rəhim küçəsinə, B.Vahabzadə küçəsinə, Ə.Haqverdiyev küçəsinə çıxan hissələr və eləcə də keçmiş "OFKO” göz klinikasına gedən istiqamətin girişi məhz AAYDA işçiləri tərəfindən dağıdılıb. Amma sakinlərin dəfələrlə müraciəti nəticəsiz qalıb.

Onlar dia-az.info vasitəsilə AAYDA rəhbərliyindən bu problemin təcili şəkildə həll olunmasını tələb edirlər.