Gündəm / Cəmiyyət

Bakının mərkəzi yolu 5 günlük bağlanır — RƏSMİ

Bakının mərkəzi yolu 5 günlük bağlanır — RƏSMİ

Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektinin 9-cu km-də ("Gənclik” parkının qarşısı, Heydər Əliyev Beynəlxalq Hava Limanı istiqamətində) nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

"Kanal14.az" Demokrat.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, buna səbəb sözügedən yolda aparılacaq əsaslı təmir işləridir:

"Bununla əlaqədar olaraq 15 dekabr saat 08:00-dan 19 dekabr saat 22:00-dək işlərin aparıldığı zolaqlar üzrə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Əks istiqamət üzrə təmir işləri müddətində avtonəqliyyat vasitələrinin ikitərəfli hərəkəti təşkil olunacaq”.