Gündəm / Cəmiyyət / Hadisə / Sosial / Təhsil / Video

"Yazdığım cavablar həminki deyildi, dəyişdirilmişdi" - Müəllimlərin etirazları davam edir // VİDEO


"DogruXeber.az" xəbər verir ki, alınlarına "SAVADSIZ damğası" vurulan müəllimlərin redaksiyamıza müraciətlərinin ardı-arası kəsilmir.

Müəllim adlarının ləkələnməsindən, onlara qarşı haqsızlıq edilərək mənəviyyatlarının alçaldılmasınan gileylənən müəllimlər bu hadisənin yaşatdığı stress səbəbilə artıq səhhətlərində problemlər yarandığını deyirlər.

Cənabın dövlətinin gəlhagəlidir - Müəllimlər "qan ağlayır" // VİDEO

Qeyd edək ki, "Kanal14"ün canlı yayımında dərdlərini danışan müəllimlərin əksəriyyəti yenidən şəffaf imtahan keçirilməsini tələb etsələr də, əvvəlki imtahanların saxtakarlığından gözü qorxan bəzi müəllimlər buna etiraz ediblər. Onlar bildiriblər ki, "nazirlik özünü haqlı çıxarmaq üçün bizə daha betər və daha fərqli oyunlar qura bilər".

Əslində onların bu ehtimalı da məntiqə uyğundur. Hamısı bir nəfər kimi eyni texniki problemlə üzləşən dörd mindən çox müəllimi, kim bilir təkrar imtahanda hansı xoşagəlməz sürprizlər gözləyə bilər?!...



Qeyd: İmtahanın qeyri-şəffaf keçirildiyini, saxtakarlıq olduğunu, hüquqlarının pozulduğunu iddia edən müəllimlərin müraciətləri davam etməkdədir. Odur ki, mövzunu davam etdirəcəyik.

P.S: Müəllimlərin müraciəti ilə əlaqədar adı çəkilən bütün şəxslərin də mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

DogruXeber.az