Gündəm / Cəmiyyət / Sosial / Foto / Video

Vətən oğlunun vətənə əmanəti məmur qapılarında boynubükük qalıb - Şəhid anasından PREZİDENTƏ MÜRACİƏT // VİDEO

Vətən oğlunun vətənə əmanəti məmur qapılarında boynubükük qalıb - Şəhid anasından PREZİDENTƏ MÜRACİƏT // VİDEO

"Sən şəhid anası sayılmırsan"!

"DogruXeber.az xəbər verir ki, redaksiyamıza müraciət edən Tərtər rayon sakini Abbasova Ülviyyə Tofiq qızı, bu sözləri ona Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovun dediyini bildirir.

Qeyd edək ki, Ülviyyə Abbasova ikinci vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Əhmədzadə Mürşüd Müdahil oğlunun anasıdır.

Ananın sözlərinə görə, bir neçə il əvvəl həyat yoldaşı ilə boşanıblar. Məhkəmə qərarı ilə uşaqlardan Mürşüd atasına verilib. Amma, bir müddət sonra atası ailə qurub və o, daha çox anasının yanında yaşamağa başlayıb.

Sonra hərbi xidmət və ...

Bəli Tanrının da bəyəndiyi, xüsusi dəyərləndirdiyi o, zirvəyə - şəhidlik məqamına ucalıb. Amma, bu vətən, bu torpaq uğrunda ölümə gedən vətən oğlunun vətənə əmanət anası və bacısı bu gün evsiz-eşiksiz qalıblar, kirayələrdə yaşayırlar.

Ülviyyə ana daimi iş yerləri olmadığı üçün çox zaman evin kirayə ödənişini də vaxtında ödəyə bilmədiklərini deyir.

Onun sözlərinə görə dövlət tərəfindən heçolmasa mənzillə təmin olunması üçün döymədiyi qapı, müraciət etmədiyi dövlət qurumu qalmayıb.

Ülviyyə ana bildirir ki, dəfələrlə sakini olduğu Tərtər rayonunun icra başçısı Müstəqim Məmmədovun qəbulunda olub, Müstəqim Məmmədov onunla kobud rəftar edib və deyib ki, "Sən şəhid anası sayılmırsan, ataya düşür imtiyazlar".

Vətən oğlunun vətənə əmanəti məmur qapılarında boynubükük qalıb - Şəhid anasından PREZİDENTƏ MÜRACİƏT // VİDEO

Belə çıxır ki, Müstəqim Məmmədov kağız parçasını oğul dünyaya gətirib, min bir əziyyətlə böyüdən, vətənpərvər igid yetişdirən ananın zəhmətindən üstün tutur. Yoxsa o, bununla özünü qanunlara tabe olan bir məmur kimi göstərməyə çalışır?

Əgər belədirsə, o, zaman başçıdan narazılıq edən müharibə əlilinin Müstəqim Məmmədovun villasıdır deyə lentə alıb, göstərdiyi villa və başqalarının adına rəsmiləşdirilən şəxsi bizneslərini qanuni maaşı ilə mi əldə edib?

Bu nə dərəcədə real görünür?

"İcra hakimiyyətində mənə dedilər ki, "get kartını paylaş, camaatdan kömək istə "." - Müharibə əlilindən ŞOK İDDİA //VİDEO

Qeyd edək ki, Ülviyyə ana övladı şəhid olduğu gündən bugünə qədər ona Tərtər rayon icra hakimiyyəti tərəfindən ümumiyyətlə heç bir diqqət göstərilməyib, özünün dili ilə desək, "bir çöp də verilməyib".

Bundan əlavə, ana bildirir ki, "Bir gün səhər saat 09:00-dan, axşam 19:00-a qədər Sosial Xidmətlər Agentliyinin rəhbəri Vüqar Behbudovun qəbuluna düşmək üçün qurumun qapısında gözlədim, axırda Vüqar Behbudov məni qəbul etdi, ona da qəbul demək olmaz. O, davranışları ilə, hörmətsizliyi ilə məni təhqir etdi. Gah telefonla danışdı, gah mənimlə aqressiv danışdı, heç nə vəd etmədən, yola saldı".

Ülviyyə Abbasova Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin də qəbulunda olub. Düzdür, Vüqar Behbudov və Müstəqim Məmmədovdan fərqli olaraq, Sahil Babayev hörmətlə qəbul edib və sadəcə kömək edəcəyi vədini verərək, hörmətlə də yola verib.



Məhəmməd peyğəmbər (s.a.s) "Cənnət anaların ayaqları altındadır" deyə buyurmuşdur. Çünki, övlad ananın bətninə düşdüyü gündən, ananın özünün ona verilən ömrü bitənə qədər övladı üçün xidmətləri, zəhmətləri və ən əsası əziyyətləri bitmir.

Bütün əziyyətlərə sinə gər oğul böyüt, vətəndaş yetişdir, vətənə qurban ver sonra da Müstəqim Məmmədov, Vüqar Behbudov desin ki, "sən ana sayılmırsan".
Bəs görəsən ədalət bu qanunların harasındadır?

P.S: Qeyd edək ki, Ülviyyə Abbasovanın müraciəti ilə bağlı tərəfimizdən ölkə başçısı cənab İlham Əliyevə rəsmi müraciət göndərilib.

Mövzunu diqqətdə saxlayacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az