Beyrutda bir nəfər ABŞ-nin Livandakı səfirliyinə atəş açıb.

"Kanal14.az" xarici KİV-ə istinadən xəbər verir ki, hücum edən şəxs Livan hərbçiləri tərəfindən saxlanılıb. 

Atışma yerli vaxtla səhər saat 08:34 radələrində səfirliyin girişində qeydə alınıb. 

ABŞ-nin Livandakı səfirliyinin əməkdaşları diplomatik agentliyin "X" sosial şəbəkəsindəki səhifəsində silahlı hücum zamanı xəsarət almadıqlarını bildiriblər. Faktla bağlı araşdırmalara başlanılıb.