Gündəm / Hadisə / Dünya

Florida ştatında televiziya jurnalisti və azyaşlı qız qətlə yetirilib

Florida ştatında televiziya jurnalisti və azyaşlı qız qətlə yetirilib

"Kanal14.az” BBC-yə istinadən xəbər verir ki, bir neçə saat əvvəl Florida ştatının Orlando şəhəri yaxınlığında televiziya müxbiri və doqquz yaşlı qız güllələnib.

Polisin bildirdiyinə görə, ikinci müxbir və qızın anası eyni silahlı tərəfindən vurularaq yaralanıb.

Həmçinin polis qeyd edir ki, Spectrum News 13-ün iki jurnalisti həmin səhər bölgədə bir qadının öldürülməsi barəsintə reportaj hazırlayırmış və həmin qətldə bir yeniyetmənin şübhəli bilindiyindən danışılıb.

Onların hədəfə alınıb-alınmadığı bəlli deyil.

Müstəntiqlər bildiriblər ki, şübhəli həbs edilərkən silahlı olub və polisə tabe olmayıb.

Çərşənbə günü Orlandonun qərbində yerləşən Pine Hillsdə törədilən iki hücumda ölən üç nəfərdən heç birinin şəxsiyyəti hələlik müəyyən edilməyib.

Oranj dairəsinin şerifi Con Mina mətbuat konfransında jurnalistlərin yerli vaxtla saat 16:00 (22:00) radələrində hücuma məruz qaldıqları zaman televiziya kanalının rəsmi avtomobilinə bənzəmədiyi maşının içində və ya yaxınlıqda olduqlarını deyib. Onun sözlərinə görə, jurnalistlər səhər saatlarında yerli vaxtla saat 11:00 radələrində baş verən atışma barədə məlumat veriblər. Bu atışmada 20 yaşlarında bir qadının avtomobilin içərisində güllələnərək öldürülməsi bildirilib. Ehtimala görə, şübhəli şəxs hadisə yerinə qayıdan zaman atəş açıb.

Şerif bildirib ki, jurnalistlərə hücum etdikdən sonra silahlı olduğu iddia edilən 19 yaşlı Keith Moses yaxınlıqdakı evə girərək, ev sahibəsini və 9 yaşlı qızını da güllələyib.
O əlavə edib ki, ana ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Yerli jurnalistlərin məlumatına görə, yaxınlıqdakı digər jurnalistlər zərərçəkənlərə ilkin tibbi yardım göstərməyə kömək ediblər.

Kanal14.az
Samirə Əsgərova