Gündəm / İqtisadiyyat / Cəmiyyət

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

"Müzakirələr göstərir ki, auditlərin sayı və əhatə dairəsinin artması üçün bir sıra istiqamətlərdə əlavə tədbirlərin görülməsinə və resursların artırılmasına ehtiyac var. Fikrimizcə, nəzarət tədbirlərinin orta davam etmə müddətinin qısaldılması, dövlət orqanlarında elektron uçot sisteminin tətbiqinin genişləndirilməsi, dövlət maliyyə məlumatlarının vahid elektron bazasının yaradılması, elektron büdcə sisteminə keçid, süni intellektə əsaslanan risklərin müəyyən edilməsi bu hədəfə çatmağa imkan verə bilər. Əks halda Palatanın ştat vahidlərinin sayının artırılması kimi klassik tədbirlərə ehtiyac yaranacaq".

"Kanal14.az" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib. Komitə sədri bildirib ki, Palata tərəfindən dövlət büdcəsi gərlilərinn 95.4%, xərclərinin isə 77.6% nin auditinin aparılmasını mövcud imkanlar çərçivəsində məqbul hesab edir:

"Hesabat ilində Palata tərəfindən monitorinq fəaliyyətinin genişləndirilməsini, verilən təkliflərin izlənməsinin artırılmasını təqdirə layiq hal hesab edirik. Ümumiyyətlə, düşünürük ki, hər il nəzarət tədbirləri zamanı aşkar edilən nöqsanların təkrarlanması bu halların olmaması üçün verilən bütün təkliflərin izlənməsini vacib edir. Bunu üçün müəyyən marifləndirici alətlərdən də istifadə edilməsini vacib sayırıq. Hesabatda 2023-ci ildə aparılan 31 uyğunluq  auditindən  27-də  büdcə qanunvericiliyinin pozulması, yenə 27-də   dövlət   satınalmaları qaydalarının pozulması hallarına rast gəlinməsi göstərilib. Ümumilikdə pozuntu hallarının say olaraq çox olması bu sahədə ixtisaslı kadrların daha çox hazırlanmasını və elektronlaşmanın tətbiqinin sürətlənməsini günümüzün vacib tələbinə çevirib.

Qeyd etmək istərdim ki, son zamanlar bu istiqamətdə qanunvericilikdə edilən dəyişikliklər nəzarət mexanizmlərinin innovativ həllər üzərində qurulmasının dövlət siyasəti olduğunu göstərməkdədir. Bunula yanaşı, hesabatda göstərildiyi kimi, biz də dövlət orqanlarında daxili nəzarət mühitinin gücləndirilməsini, dövlət vəsaitinin proqnozlaşdırılması prosesinin təkmilləşdirilməsini, xərclərin düzgün rəsmiləşdirilməsini prosesinin gücləndirilməsini vacib sayırıq. Eyni zamanda, hesabatda göstərilən dövlət orqanlarında tez-tez rast gəlinən nöqsanlar bizə bir daha qanunvericilik aktlarında təkmilləşmələr aparmağa, hökumətə isə qəbul etdiyi qayda və normativləri yeniləməyə sövq edir. Hesabatda platanın fəaliyyətində vətəndaşa yönəlik təkliflərinin icrası ilə bağlı məlumatların dərc edilməsini yüksək qiymətləndirik. Vətəndaşlara onlayn olaraq bu və ya digər sahədə və dövlət orqanında audit aparılması ilə bağlı təşəbbüslə çıxış etmək imkanının yaradılmasını təqdirə layiq hal hesab edirik. Bu addım həm də parlamentçilik ənənəsinin maliyyə nəzarəti alətləri ilə zənginləşdirilməsi anlamına gəlməkdədir.