Gündəm / Siyasət / Dünya

Ərdoğan Səudiyyə lideri ilə Qəzzadan danışdı

Ərdoğan Səudiyyə lideri ilə Qəzzadan danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman bin Əbdüləziz Əl Səud ilə telefon danışığı aparıb.

"Kanal14.az" xəbər verir ki, bu barədə TRT kanalı məlumat yayıb.

Telefon danışığı zamanı ikitərəfli əlaqələr, qlobal və regional məsələlər müzakirə edilib.

Liderlər Qəzzadakı müharibəyə toxunublar və atəşkəsin vacib olduğunu bildiriblər.