Gündəm / Dünya

Ukraynalılar onlayn evlənə biləcək: Nikah videobağlantı vasitəsilə qeyd olunacaq

Ukraynalılar onlayn evlənə biləcək: Nikah videobağlantı vasitəsilə qeyd olunacaq

Ukraynalılar "Diya" tətbiqi vasitəsilə onlayn evlənə biləcəklər. Nikah videobağlantı vasitəsilə qeyd olunacaq.

"Kanal14.az" "RBC-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Rəqəmsal transformasiya naziri Mixail Fyodorov "Telegram"da məlumat yayıb.

Nazir qeyd edib ki, hökumət onlayn nikahın mümkünlüyü ilə bağlı qərarı dəstəkləyib. Fyodorov izah edib ki, ukraynalılar "Diya" tətbiqində birbaşa evlənə biləcəklər.

"Bu xüsusilə hərbi qulluqçular və müharibə səbəbindən məsafədə olan cütlüklər üçün aktualdır", deyə ukraynalı nazir bildirib.

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbəsinin əməkdaşı videobağlantı vasitəsilə cütlükləri evləndirəcək və onların sənədləri "Diya.İmza" tərəfindən təsdiqlənəcək.

"Bu, dövlət xidmətləri sahəsində inqilab olacaq, dünyanın heç bir yerində belə bir şey yoxdur. Las-Veqasdakı kimi sürətli, "Diya"da hər şey kimi rahat və sadə", deyə Fyodorov əlavə edib.