"Əgər Rusiya-Ukrayna müharibəsi başlayarsa və  Kiyev ruslara təslim olarsa  3-5 milyon ukraynalı evlərini tərk etməli olacaq". 

"Kanal14.az" xəbər verir ki,  bunu  ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə, ukraynalılar işğaldan sonra Polşaya miqrasiya edəcək:

"Ukraynadan dinc əhalinin qaçacağı ölkələrdə biri də Polşadır. Həmin ölkə 1 milyon  ukraynalıya ev sahibliyi edəcək. Bununla yanaşı,  Slovakiya və Çexiya on minlərlə immiqrant gözləyə bilər".