Gündəm / Hadisə / Dünya

"Crocus City Hall”da baş verən terrorda ölənlər arasında azərbaycanlı da var


Moskva vilayətindəki "Crocus City Hall”da baş verən terror aktı zamanı ölənlər arasında bir azərbaycanlının olması barədə xəbər yayılıb.

"Kanal14.az" xəbər verir ki, bu barədə Rusiyanın Səhiyyə Nazirliyindən bildirilib.

37 nəfərin olduğu siyahıda 1983-cü il təvəllüdlü Vüqar Hüseynov adlı bir azərbaycanlının da adı var.

Onun 41 yaşının olduğu qeyd edilib.