Gündəm / Cəmiyyət / Hadisə

Cəbrayıl sakini həmyerlisi tərəfindən təhdid olunur - İDDİA // FOTO

Cəbrayıl sakini həmyerlisi tərəfindən təhdid olunur - İDDİA // FOTO

"Kanal14.az" "MUMtv.az"a istinadən xəbər verir ki, Cəbrayıl rayon Mehdili kənd sakini Sadıqov Rauf Əbil oğlu tərəfindən redaksiyamıza müraciət daxil olub.

Vətəndaş Rauf Sadıqov müraciətində bildirir ki, "4 ay əvvəl həmyerlim - Cəbrayıl rayon Xələfli kənd sakini Məmmədli Kənan Rasim oğluna borc məqsədilə notarial qaydada 30.000 (otuz min) AZN pul vermişəm. Rəsmi müqavilədə də borcun qaytarılması üçün bir ay müddət verilmişdir. Lakin, zaman yetişdikdə qarşı tərəf olan Kənan Məmmədli nəinki borcunu geri ödəmədi, üstəlik mənim telefon nömrələrimi də blok edib, ümumiyyətlə mənimlə əlaqəni kəsməyə çalışdı.

Belə olan halda mən Binəqədi rayon məhkəməsinə müraciət etdim.

Qeyd edim ki, buvaxta qədər artıq 4 dəfə məhkəmə prosesi keçirilib və heç bir prosesdə qarşı tərəf iştirak etməyib. Yerli məhkəmə artıq pulun ödənilməli olduğu barəsində qərar verib, lakin hələ mənə bildirildiyinə görə icraçıya yönləndirilməyib.

Maraqlıdır ki, 4 məhkəmə prosesinin heç birinə gətirilməyən, məhkəmə əməkdaşlarının "tapa bilmirik" dediyi Kənan Məmmədli mənə mesajlar yazaraq, məni təhdid edir.

Mənə yazıb ki, "rauf sene axırıncı səfər deyirem, ........ gecənin bir aləmi boğazına bıçağı dirəyib, başını kəsəcəm, evini-eşiyini, maşınını - hər şeyini yandırıb, ele helə gedib girəcəm türməyə".
Söyüşlə deyir, "get məhkəmədən tələb elə".
Mənə pul borclu olduğu azmış kimi, təhqir edib şəxsiyyətimi də alçaldır, həmçinin hədə-qorxu gəlir mənə.

Odur ki, "MUMtv.az" saytı vasitəsilə Daxili İşlər Naziri hörmətli Vilayət Eyvazova müraciət etmək istəyirəm ki, məni həyatımla təhdid edən Kənan Məmmədli barəsində tədbir görsünlər. Mənim həyatım təhlükə altındadır. Evdən çıxıram, fikrim qalır evdə. Qorxuram ailəmə, evimə, yaxud elə özümə xətər yetirər. Çox xahiş edirəm, hüquq mühafizə orqanları bu barədə tədbir görsünlər, eyni zamanda pulumun qarşı tərəfdən alınıb, geri ödənilməsində mənə köməklik göstərsinlər".

"MUMtv.az" olaraq qeyd edirik ki, vətəndaş Rauf Sadıqovun redaksiyamıza ünvanladığı videomüraciəti və qarşı tərəfin təhdid etdiyinə dair materiallar redaksiyamızda saxlanılır.

Yazılan mesajlarda təhqiramiz, həmçinin şiddət göstəricisi olan ifadələr işlədildiyi üçün yazıya daxil etmirik.

Vətəndaşın iddiaları ilə bağlı qarşı tərəfin də mövqeyini dinləməyə və dərc etməyə hazırıq.