Gündəm / Cəmiyyət / Təhsil

Qarabağ Universitetində daha 2 vakansiya

Qarabağ Universitetində daha 2 vakansiya

Qarabağ Universitetində daha iki vakansiya elan edilib.

Kanal14.az: - Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, Qarabağ Universitetində mərkəz direktoru və ingilis dili müəllimi vəzifələri üzrə vakansiyalar elan edilib.

Namizədlər ətraflı məlumatla nazirliyin rəsmi internet səhifəsinin "Elanlar" bölməsinə, eləcə də aşağıdakı keçidlərə daxil olaraq tanış ola bilərlər.

Qarabağ Universitetində vakansiya - mərkəz direktoru

Qarabağ Universitetində vakansiya - ingilis dili müəllimi

Tələblərə cavab verən namizədlər müraciətlərini karabakh@edu.gov.az elektron poçt ünvanına göndərə bilərlər.

Vakansiyalarda müəyyən edilən tələblərə uyğun namizədlərin müraciət etmələri və bu zaman sənədlərini tam və tələb olunan formada təqdim etmələri xahiş olunur.

Bir daha diqqətinizə çatdırırıq ki, yalnız vakansiya tələblərinə uyğun gələn və bütün lazımi sənədləri müəyyən edilən formada təqdim edən şəxslərin müraciətlərinə baxılacaq.//Demokrat.az