Gündəm / Cəmiyyət / Təhsil

Qarabağ Universitetində 20 ixtisas üzrə tədris aparılacaq

Qarabağ Universitetində 20 ixtisas üzrə tədris aparılacaq

Xankəndi şəhərində fəaliyyət göstərəcək Qarabağ Universitetində bakalavr səviyyəsi üzrə 20 ixtisas üzrə tədris aparılacaq.

"Kanal14.az" Demokrat.az -a istinadən xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini İdris İsayev jurnalistlərə açıqlamasında deyib.

Nazir müavini bildirib ki, növbəti mərhələdə 10 istiqamət üzrə ixtisaslar olacaq: "Həmin universitetdə mərhələli şəkildə 10 min şəxsin təhsil alması nəzərdə tutulur".