Gündəm / Dünya

"Rusiya nüvə müharibəsinə hazırdır" - Putin


"Hərbi-texniki baxımdan Rusiya Federasiyası nüvə müharibəsinə hazırdır".

"Kanal14.az" xəbər verir ki,  bunu Rusiya lideri Vladimir Putin jurnalist Dmitri Kiselevlə söhbətində bildirib.

"Əgər Rusiya Federasiyasının mövcudluğuna təhlükə yaranarsa, o zaman nüvə silahından istifadə olunacaq. Söhbət suverenliyimizə və müstəqilliyimizə xələl gətirən Rusiya dövlətinin mövcudluğundan gedirsə, biz nüvə silahdan istifadə etməyə hazırıq", - deyə Putin bildirib.

Həmçinin, o,qeyd edib ki, ABŞ yaxın gələcəkdə nüvə müharibəsinə hələ hazır deyil:

"Amerikalılar indi bu müasirliyi, yeniliyi artırmaq vəzifəsini qoyurlar, onların müvafiq planı var. Amma bu o demək deyil ki, onlar sabah nüvə müharibəsi başlamağa hazırdırlar".

Onun sözlərinə görə, Rusiya bu məsələdə ABŞ-dən geri qalmır və qüvvələrini artırır.