Gündəm / Siyasət / Cəmiyyət / Hadisə / Dünya

ABŞ və Rusiya arasında nüvə döyüşü

ABŞ və Rusiya arasında nüvə döyüşü

"Kanal14.az” "THE GUARDİAN " qəzetinə istinadən xəbər verir ki, İndi Rusiya ilə ABŞ arasında nüvə "əsəb müharibəsi” başlayıb. Rusiya martın 1-də "START-3” nüvə silahlarına nəzarət sazişini birtərəfli qaydada dayandırdığını rəsmən elan etdikdən sonra, dünən ABŞ administrasiyası Moskvaya qarşı qisas əməliyyatına başlayıb.

ABŞ Dövlət Departamentindən verilən açıqlamada, "Nüvə silahlarına nəzarət razılaşmasını dayandıran Rusiyanı masaya qaytarmaq üçün əks addımlar atmalıyıq. Bundan sonra biz hər altı aydan bir START-3 razılaşmasına əsasən əlimizdə olan nüvə başlıqları ilə bağlı Rusiya tərəfinə hesabat göndərməyəcəyik”.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov " ABŞ- a vacib bir xatırlatma etmək istəyirik . START-3 Nüvə Silahlarına Nəzarət Müqaviləsi ABŞ deyil, Rusiya tərəfindən dayandırılıb. ABŞ-dan tələb olunur ki, imzaladığı müqaviləyə uyğun olaraq bizə nüvə silahı ilə bağlı hərtərəfli hesabatlar təqdim etməyə davam etsin. Əks halda, biz onları müqavilədən çıxmış hesab edəcəyik”, - deyə o bildirib.

Kanal14.az
Anarə Muhəmməd