Gündəm / Cəmiyyət / Sosial / Foto

Xətaidə "işlər" öz axarı ilə davam edir... - "Ağanəzərəm, belə gəzərəm" prinsipi...

Xətaidə

Xətai rayonunda hər şey öz axarı ilə davam edir...

Xatırladaq ki, dəfələrlə "DogruXeber.az" informasiya portalında Xətai rayonunda aparılan qanunsuz tikintilər barəsində məlumatlar yayımlamışıq. Eyni zamanda bu tikintilər barəsində aidiyyatı üzrə Şəhərsalma və Arxitektura Komitəsinə və Xətai Rayon İcra Hakimiyyətinə rəsmi sorğular göndərmişik. Lakin, təəssüflə bildiririk ki, adıçəkilən qurumların heç biri bir neçə həftə keçməsinə baxmayaraq, sorğularımızı cavablandırmayıblar.

Hansı ki, haqqında bəhs etdiyimiz - Xətai rayonu Əhmədli qəsəbəsində Kazımağa Kərimov küçəsindəki iaşə obyektlərinin tikintiləri, Həzi Aslanov qəsəbəsinin bir hissəsində aparılan çoxsaylı villa tikintilari, Qaçaq Nəbi küçəsindəki yaşıllıq ağaclarını "təhdid edən" obyekt tikintisi və sair... bir çox qanunsuz tikintiləri fotoşəkilləri ilə birgə yayımlamışdıq.
(Aşağıdakı linkə daxil olmaqla fotoşəkilləri görə bilərsiniz)

Xətai rayonundakı qanunsuz tikintilərə cavabdeh olan qurumları susduran səbəb nədir? - FOTO

Elə mövzunun əvvəlində "hər şey öz axarı ilə davam edir" deyərkən, məhz sözügedən tikintilərin maneəsiz şəkildə davam etdirildiyini işarə etmişik.

Amma, deyəsən bizim Xətai rayonunda qanunsuz tikintiləri fotoşəkilləri ilə birgə ardıcıl yayımlamağımız bütün bunların qarşısını almaq yerinə, rayon rəhbərliyini daha "yaradıcı düşünməyə" vadar edib. Belə ki, artıq 8 noyabr (keçmiş Nobel) prospektində bəzi daş hasarların arxasında fərqli taktika ilə geniş tikintilər aparıldığı barəsində məlumatlar əldə etmişik. Məlumata görə həmin tikintilər başlamadan əvvəl , bir gecədə dirəklər üzərində dam örtüyü vurulur, ardından isə yalnız gecələr iş aparılmaqla divarları hörülür, sonda isə bir gecədə yenə də dam örtüyü yenilənir, vəssalam.

Amma, qeyd edək ki, tələm-tələsik gecədən-gecəyə aparılan tikintilərin bacalarından gündüzlər tüstü çıxmaqdadır. Vaxt qısa olduğundan, içəridə aparılan suvaq odun sobaları vasitəsilə qurudulur.

"Şeytanı təəccübləndirən" bu taktika artıq, Xətai rayonunda bir neçə ünvanda həyata keçirilməkdədir.

Qeyd: Bütün bunlara dair fotoşəkillər növbəti yazılarımızda "DogruXeber.az" informasiya portalında təqdim ediləcək.

Onu da vurğulamaq yerinə düşər ki, aparılan bu cür qanunsuz tikintilərə şərait yaradan rayon rəhbərləri ölkə başçısının bəzi sərəncamlarından və tapşırıqlarından yalnız özlərinin maraqlarına uyğun istifadə edərək, vətəndaşları rahatlıqla inandırmağı bacarırlar.

Məsələn, müəyyən maraqlar xatirinə qanunsuz tikintilərə sadəcə göz yummaq üçün sahibkarla razılaşırlar, rəsmi sənədləşməyə gəldikdə isə, "ölkə başçısının sərəncamı var, bütün qanunsuz tikintilər sənədləşdiriləcək", deyib - insanlarda əminlik və rahatlıq hissi yaradırlar...

Maraqlıdır ki, bu kimi məsələlərdə ölkə başçısının sərəncamına istinad edən rəhbərlər, vətəndaşların probleminə gəldikdə isə ölkə başçısının "məmur xalqın xidmətçisidir, vətəndaşlara xidmət edin, onları incitməyin" kimi, vacib tapşırıqlarını heçə sayırlar. Onların rayon ərazisində aparılan qanunsuz işlərə, eyni zamanda vətəndaşların problemlərinə bu cür göz yummaları, onları qəbul etməmələri xalqı dövlətçiliyə qarşı çıxmağa sövq etməklə yanaşı, ölkə başçısının nüfuzuna da xələl gətirməkdir. Rəhbəri "keyfinə qulluq edən" rayonun sakinləri, o, qədər cana doyurlar ki, "balıq başdan iylənər" deyib, ölkə rəhbərini qınayırlar.

Halbuki, ölkə başçısı hər rayona rəhbər ayırıb, dövlətin büdcəsindən maaş ayırıb, onlara öz tapşırıqlarını verib, ərazilərində müəyyən işlər aparılması üçün də hər il dövlət büdcəsindən milyonlarla pul ayırır... Bütün bunlar məhz vətəndaşlara göstərilən diqqətdir. Əgər hər vətəndaşın hər problemini ölkə başçısı özü həll edəcəksə, o, zaman yaradılan qurumlar və o qurumlarda çalışan rəhbərdən tutmuş, vəzifəsini deyil, "ağasının əmrini" yerinə yetirən əməkdaşlarına qədər hamısı vətəndaşların "boğazına şərik olmaqdır". Bunun başqa adı yoxdur.

Onu da əlavə ki, Şəhərsalma və Arxitektura Komitəsininin (ARXKOM) bu kimi məsələlərdə nə qədər həssas olduğunu digər bir neçə rayonlar barəsində verdiyimiz məlumatlardan bilirik. Bəs görəsən, hansı səbəbdəndir ki, Xətai rayonunda həyata keçirilən qanunsuz tikintilərə bu qurum da hələ ki, sadəcə seyirçi olmağa üstünlük verir?...

Ümid edirik qısa zamanda ARXKOM səlahiyyətləri daxilində olan bu məsələlərə də müdaxilə edəcək və barələrində qanunamüvafiq tədbirlər görəcəkdir.

Diqqətiniz bizdə olsun. Mövzunu davam etdirəcəyik.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Xətaidə

Xətaidə

Xətaidə

Xətaidə

Xətaidə

Xətaidə

Xətaidə

Xətaidə

Xətaidə

Xətaidə

Xətaidə

Xətaidə

Xətaidə

Xətaidə

Xətaidə

Xətaidə

Xətaidə

Xətaidə

Xətaidə

Xətaidə

Xətaidə

Xətaidə