Gündəm / Dünya

"F-16"ların Türkiyəyə tədarükü prosesi başlayıb - Nazir AÇIQLADI


"F-16" qırıcılarının Türkiyəyə tədarükü prosesi başlayıb.

"Kanal14.az" xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Vaşinqtonda türkiyəli jurnalistlərlə görüşündə deyib.

Nazir qeyd edib ki, ABŞ hakimiyyəti bu məsələ ilə bağlı iradə ortaya qoyub: "Konqres bu məsələ ilə bağlı məlumatlandırılıb. Texniki məsələlərin həllindən sonra müdafiə nazirləri və aidiyyəti qurumlar gələcək məsələlərin müzakirəsini davam etdirəcək".

Onun sözlərinə görə, həmçinin F-35 qırıcıları ilə də bağlı proses davam edir.