Gündəm / Siyasət

Hakan Fidan Blinkenlə Ermənistan-Azərbaycan sülh danışıqlarını müzakirə etdi

Hakan Fidan Blinkenlə Ermənistan-Azərbaycan sülh danışıqlarını müzakirə etdi

ABŞ dövlət katibi Entoni Blinken və Türkiyənin xarici işlər naziri Hakan Fidan Braziliyada ikitərəfli münasibətləri və regional məsələləri müzakirə ediblər.

"Kanal14.az" xəbər verir ki, bu barədə "Anadolu Agentliyi" məlumat yayıb. 

G-20 xarici işlər nazirlərinin Rio-de-Janeyro görüşü çərçivəsində Ermənistan və Azərbaycan arasında sülh danışıqları da müzakirə olunub. 

Qəzza zolağında tam atəşkəsin təmin edilməsi üçün atılacaq addımlar, eləcə də Ukraynadakı müharibə, NATO-nun genişlənmə prosesi müzakirə mövzusu olub.