Gündəm / Siyasət / Şou

Rusiyanın xarici işlər naziri Türkiyəyə gələcək

Rusiyanın xarici işlər naziri Türkiyəyə gələcək

"Kanal14.az” Türkiyənin "hurriyet” qəzetinə istinadən xəbər verir ki Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin ilk həftəsində Türkiyəyə iki günlük səfər edəcək.

Lavrovun 6-7 aprel tarixlərində Türkiyəyə səfər edəcəyini açıqlayan Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaharova "Lavrov Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun dəvəti ilə 6-7 aprel tarixlərində Türkiyədə danışıqlar aparacaq . Nazirlər iki ölkə arasında ticarət, enerji və turizm sahələrində əməkdaşlığı və Ukrayna, Mərkəzi Asiya, Qarabağ və Suriyadakı hadisələri müzakirə edəcəklər. Digər tərəfdən, prezident Ərdoğanın "Rusiya lideri Putin aprelin 27-də Akkuyu AES-in ilk reaktorunun açılışına gələ bilər və ya videokonfrans şəklində bağlana bilər" sözləri Moskvadan yayılıb.

Kanal14.az
N.Məmərli