Gündəm / Siyasət / Dünya

Ərdoğan bu gün Nazirlər Kabinetinin iclasını keçirəcək

Ərdoğan bu gün Nazirlər Kabinetinin iclasını keçirəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Nazirlər Kabinetinin iclasını keçirəcək. 

"Kanal14.az" "Haber Global"a istinadən xəbər verir ki, iclas Beştəpədə baş tutacaq. 

İclasda terrorla mübarizə çərçivəsində həm daxili, həm sərhəd, həm də sərhədyanı əməliyyatlar, inflyasiya və qiymət artımı ilə mübarizə istiqamətində atılacaq addımlar müzakirə olunacaq.

Həmçinin Türkiyənin İsrailin Qəzzaya hücumlarını dayandırması və qalıcı atəşkəsin yaradılması diplomatiyası da gündəmdədir. 

ABŞ-nin F-16-ların alınması və modernləşdirilməsi üçün göndərdiyi qəbul məktubu ilə əlaqədar Nazirlər Kabineti texniki proseslərlə bağlı qiymətləndirmə aparacaq.