Gündəm / Cəmiyyət / Təhsil

Xaricdə təhsil alanların DİQQƏTİNƏ: Dil tələbi aradan qaldırıldı

Xaricdə təhsil alanların DİQQƏTİNƏ: Dil tələbi aradan qaldırıldı

Xaricdə təhsil alanların diplom tanınması ilə bağlı müraciətində dil tələbi aradan qaldırılıb.

"Kanal14.az" Demokrat.az-a istinadən xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov deyib.

O bildirib ki, əvvəlki qaydalara görə xaricdə təhsil alan tələbə diplom tanınması üçün müraciət etdikdə tədris dili ilə bağlı imtahan verirdi:

"Lakin hazırda diplom tanınması ilə bağlı dil tələbi aradan qaldırılıb. Bu səbəbdən diplomunun tanınması ilə bağlı müraciətinə mənfi rəy verilən şəxslər yenidən müraciət edə bilərlər”.