Papua-Yeni Qvineyanın yüksək dağlıq ərazilərində qəbilələrarası toqquşmalar nəticəsində azı 53 nəfər ölüb.

"Kanal14.az” xəbər verir ki, bu barədə Avstraliyanın ABC telekanalı polisin bəyanatına istinadən məlumat yayıb.

Polis bildirib ki, Enqa əyalətində pusquya salınan şəxslər qətlə yetirilib.

Belə ki, cəsədlər bir yerdə deyil, çöldə, yolun kənarında və çayın yaxınlığında tapılıb.

Səlahiyyətlilər ölənlərin sayının 60-65-ə çata biləcəyini vurğulayıblar.