Hadisə / Dünya

Mer güllələnərək qətlə yetirildi

Filippində Ronda şəhərinin meri qətlə yetirilib. kanal14.az Trend-ə istinadən xəbər verir ki, hadisə Sebu əyalətində 4 naməlum şəxs tərəfindən törədilib.

Şəhərin meri Mariano Blanko ofisində güllələnib.

 

Qeyd edək ki, Filippində iyul ayında da iki oxşar hadisə baş vermişdi. Həmin vaxt Tanavan şəhərinin meri Antonio Xalili güllələnmişdi. Digər bir bələdiyyə meri Tinio Ferdinand Bote isə Nueva-Esiha əyalətində öz avtomobilində qətlə yetirilmişdi.