Gündəm / Siyasət / Dünya

ABŞ-dan Ermənistan və Azərbaycana ÇAĞIRIŞ

ABŞ-dan Ermənistan və Azərbaycana ÇAĞIRIŞ

"Biz itkilərlə nəticələnən hərbi toqquşmalarla bağlı xəbərlərdən narahatıq”.

"Kanal14.az" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bu gün keçirdiyi brifinqdə Ermənistan-Azərbaycan sərhədində baş verən son insidentə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, gücdən istifadə danışıqlara xələl gətirir: "Davamlı sülhə aparan yeganə yol danışıqlar masasından keçir.

Atəşkəs rejiminin pozulması hallarını araşdırmaq və müvafiq tədbirlər görmək lazımdır. Dövlət katibinin daim vurğuladığı kimi, Amerika Birləşmiş Ştatlar Ermənistan və Azərbaycan arasında sülh danışıqlarına sadiqdir”.