Gündəm / Cəmiyyət / Sosial / Foto / Video

Suraxanıda qanunsuz tikintilər - Kimlər, niyə buna şərait yaradır ? // VİDEO + FOTO

Suraxanıda qanunsuz tikintilər - Kimlər, niyə buna şərait yaradır ? // VİDEO + FOTO

Suraxanı rayonundan yenə xəbər var.

"DogruXeber.az" xəbər verir ki, redaksiyamıza Suraxanı rayon Hövsan qəsəbəsində lentə alınmış "çöllük" deyilən ərazinin videogörüntüləri daxil olmuşdur.



Siz bu ərazilərə "zibillik" deyib keçməyin. Bu zibillikdən nə "sərvətlər" çıxır onu bir Allah bilir, bir Suraxanı rayon İcra Hakimiyyəti, bir də digər aidiyyatı qurumlar.

Görüntülərdən də gördüyünüz kimi ərazidə xeyli sayda yeni tikilmiş 1-2-3 mərtəbəli yaşayış evləri var. Bundan əlavə də aparılacaq tikintiyə ilkin hazırlıq prosesi olaraq onlarla fərqli yerlərində qalaqlanmış "kubik" daşları.

Bu daş qalaqlarının olması ondan xəbər verir ki, həmin ərazilər artıq satılıb və alan şəxslər orada ev tikməyə hazırlaşırlar.

Onu da vurğulayaq ki, videoda gördüyünüz həmin ərazilərin hamısı kənd təsərrüfatı təyinatlı ərazilərdir və sakinlərin özlərinin sözlərinə görə oradakı yaşayış evlərinin heç birinin rəsmi sənədi yoxdur.

Bəs, görəsən o, vətəndaşların o boyda tikintiləri belə rahatlıqla aparmasına kimlər şərait yaradıb?

Sakinlər deyir ki, "bura əkin sahələridir deyə sənəd yoxdur, amma deyirlər prezident sərəncam verib, sənədsiz evlər sənədləşəcək, biz də onu gözləyirik".

Sual verdik, "bəs siz necə oldu burda ev tikə bildiniz? Axı təsərrüfat təyinatlı torpaqda yaşayış evinin tikilməsi qanunla qadağandır? icra hakimiyyəti və digər qurumların bundan xəbəri olmadımı?".

Cavab verdilər ki, - "Niyə olmadı?, prosta (sadəcə olaraq) icra hakimiyyətini görürsən, vəssalam. Özləri düz-qoş edir".
Uzun sözün qısası, yerli sakinlərlə söhbətimiz əsnasında belə məlum oldu ki, əvvəllər "yumulacaq göz" az olduğu üçün 4 min manata tikintiyə başlamaq olurdu, indi "bu gözlər çoxaldığı" üçün məbləğ 10 min və daha artığı civarında dəyişir. Təbii ki, bu da aparılacaq tikintiyə görə dəyişir.

Maraqlıdır ki, Əmlak məsələləri üzrə Dövlət Komitəsi, Şəhərsalma və Arxitektura Komitəsi (ARXKOM), Fövqəladə Hallar Nazirliyi, inzibati ərazi üzrə bələdiyyə, İcra Hakimiyyəti və sair aidiyyatı qurumların hamısı eyni vaxtda bu qədər qanun pozuntusuna göz yumublar.

Ərazi kənd təsərrüfatı təyinatlı, üstəlik də üfunət qoxuyan antisanitar vəziyyət...

Baxın, ərazi zibillik "poliqonu", zibillər də elə ərazidə yandırılır və havanı da zəhərləyir.

Görünür, ərazidə yaşayan insanların tikdikləri evlərin taleyi ilə bərabər, özlərinin sağlamlığı da təhlükə altındadır.

Qeyd edək ki, Suraxanı rayonu ərazisində bu cür qanunsuz tikintilər təkcə "çöllük"dəkilərlə qurtarmır. Əlavə görüntülərimiz də var ki, onları da silsilə şəklində təqdim edəcəyik.

Diqqətiniz bizdə olsun.

Qeyd: Suraxanı rayon İcra Hakimiyyəti Hövsan qəsəbəsinin digər ərazilərində aparılan tikintilərlə bağlı rəsmi sorğularımıza cavab verməsə də məlumatlar və görüntülər yayımlanan kimi, dərhal şərh bölməsində "qərəzli" olduğumuzu yazır, bizi "şər, böhtan atmaqda" günahlandırır.

Belə çıxır ki, yerli mətbuat Əziz Əzizovu "gözü götürmür?". Çünki, hazırda Suraxanı ərazisində aparılan proseslərin eynisi Əziz Əzizovun icra başçısı təcrübəsində taa Cəlilabad rayonundan başlayıb, bu gün də Suraxanıda davam edir ki, bütün bunlar barəsində yerli saytlarda kifayət qədər məlumatlar yer alır.

Vurğulamaq istəyirik ki, yazdığımız bütün məlumatlar real videogörüntülər və ərazi sakinlərinin söylədikləri əsasındadır.

P.S: Məlumatlarla bağlı Suraxanı rayon İcra Hakimiyyətinin və digər aidiyyatı qurumların da açıqlamasını dinləməyə hazırıq.

DogruXeber.az

Suraxanıda qanunsuz tikintilər - Kimlər, niyə buna şərait yaradır ? // VİDEO + FOTO

Suraxanıda qanunsuz tikintilər - Kimlər, niyə buna şərait yaradır ? // VİDEO + FOTO

Suraxanıda qanunsuz tikintilər - Kimlər, niyə buna şərait yaradır ? // VİDEO + FOTO

Suraxanıda qanunsuz tikintilər - Kimlər, niyə buna şərait yaradır ? // VİDEO + FOTO

Suraxanıda qanunsuz tikintilər - Kimlər, niyə buna şərait yaradır ? // VİDEO + FOTO

Suraxanıda qanunsuz tikintilər - Kimlər, niyə buna şərait yaradır ? // VİDEO + FOTO