Gündəm / Cəmiyyət / Sosial / Video

Ölkə başçısının göstərişləri Suraxanı İcra başçısına aid deyil ?... - VİDEO

Ölkə başçısının göstərişləri Suraxanı İcra başçısına aid deyil ?... - VİDEO

Suraxanı rayonunda - əsasən də Hövsan qəsəbəsi ərazisində aparılan qanunsuz tikintilərin bir çoxu başa çatdırılmaq üzrədir, bir neçəsi isə artıq başa çatdırılıb.


Xatırladaq ki, bir n müddət əvvəl Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində qanunsuz tikintilərin aparıldığı barəsində "DogruXeber.az" informasiya portalında məlumatlar dərc etmiş, eyni zamanda həmin tikintilərdən bəzilərinin fotoşəkillərini belə təqdim etmişdik.



"Özümə yer edərəm, görün sizə nələr edərəm" - Blogerlərin "başına sığal çəkən" Əzizovun gələcək planları

Əzizovun "biznes sevdası" indi də Suaraxanıda davam edir - VİDEO

Əzizovun rəhbərlik etdiyi Suraxanıda qanunsuz tikintilər və daha nələr... nələr.... - FOTO + VİDEO

Əzizovu "əzizləyənlər" bu qədər narazılıqları görmürlərmi ? - VİDEO // FOTO


Bundan əlavə, aidiyyatı üzrə Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizova, həmçinin Şəhərsalma və Arxitektura Komitəsinə (ARXKOM) rəsmi sorğular göndərmişdik.

ARXKOM cavab olaraq, həmin tikintilər barəsində qanuni tədbir görülməsi üçün Suraxanı rayon icra hakimiyyətinə ünvanladığı müraciətin bir sürətini də redaksiyamıza göndərdi, lakin icra hakimiyyəti tərəfindən ümumiyyətlə nə bir cavab, nə də bir reaksiya olmadı. Belə olan halda biz ikinci dəfə ARXKOM -a müraciət ünvanladıq. Bu dəfə də ARXKOM Rayon ərazisində aparılan qanunsuz tikintilər barəsində qanuni tədbirlərin görülməsi və bu barədə redaksiyamızın da məlumatlandırılması üçün Suraxanı rayon İcra Hakimiyyətinə ünvanladığı ikinci məktubun da surətini redaksiyamıza göndərib.

Ancaq, görünür, "kürəyini "yenilməz qala" sandığı dayağına dayayan" Əziz Əzizovun başı bizneslərinə elə möhkəm qarışıb ki, nəinki üzərinə düşən vəzifəsinə ayıracaq, hətta gələn məktublara baxacaq qədər vaxtı yoxdur.

Ya da kim bilir, bəlkə də qanunsuz tikintilərin gətirdiyi gəlir gözləri önünə elə "qalın pərdə çəkib" ki, qanunlar o, "pərdənin arxasında" görünməz olub. Məhz buna görədir ki, bu rayonun ərazisində gözlə görünən nə neft ərazisi, nə kənd təsərrüfatı təyinatlı, nə də yaşayış sahəsinin fərqini müəyyən etmək mümkün olmur. Hara baxsan, ya artıq yaşayışın olduğu, ya da yaşayış evlərinin tikintisinin aparıldığı görünür.

Bəs kənd təsərrüfatı təyinatlı, yaxud neft şirkətinə məxsus, yaxud da yol üçün nəzərdə tutulmuş ərazilərdə aparılan bu tikintilərə icazəni kimlər hansı əsasla verirlər?

Bu sualın cavabını isə çox yaxın günlərdə agentlimizin tabeliyində fəaliyyət göstərən "Kanal14"ün canlı yayımında məhz həmin həmin ərazilərin özündə axtaracağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az