Gündəm / Siyasət / Dünya

Mirzoyan Parisdə Azərbaycanla münasibətləri müzakirə etdi

Mirzoyan Parisdə Azərbaycanla münasibətləri müzakirə etdi

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Parisdə Fransanın Avropa və xarici işlər naziri Stefan Sejourney ilə görüşüb.

"Kanal14.az" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. 

Cənubi Qafqazda təhlükəsizlik vəziyyəti ilə bağlı məsələlər ətraflı müzakirə olunub. Mirzoyan fransalı həmkarına Ermənistan Respublikasının regionda sabitlik və sülhün bərqərar olması ilə bağlı baxışını təqdim edib.

Ermənistanın XİN rəhbəri Azərbaycanla münasibətlərinin tənzimlənməsi prosesində əsas prinsiplərin, xüsusilə ərazi bütövlüyü və sərhədlərin ayrılmazlığının, suverenliyə qeyd-şərtsiz hörmətin vacibliyini, eləcə də sərhədin gələcək prosesinin həyata keçirilməsi üçün daha dəqiqliyin təmin edilməsinin vacibliyini vurğulayıb. 

Həmçinin regional nəqliyyat və iqtisadi proqramlarla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.