Gündəm / Siyasət

"Paşinyan Bakıya gedə bilər" - Erməni KİV


"Nikol Paşinyan hətta İlham Əliyevi prezident seçkilərində qalib gəlməsi münasibətilə təbrik edə və tezliklə onun andiçmə mərasimində iştirak etmək üçün Bakıya gedə bilər". 

"Kanal14.az" xəbər verir ki, bu barədə Ermənistanın xəbər və analiz saytı olan "168.am" məqalə dərc edib. 

Məqalədə qeyd olunub ki, 2020-ci ilin sentyabr ayına qədər Azərbaycana meydan oxumağa çalışan Paşinyan indi ümid edir ki, seçkilərdən sonra Azərbaycanla sülh danışıqları davam edəcək. 

Həmçinin bildirilib ki, Baş nazir keçən il Ankarada Ərdoğanın andiçmə mərasimində iştirak edib.