Gündəm / Hadisə / Dünya

Rusiya Kiyevə raket hücumu etdi

Rusiya Kiyevə raket hücumu etdi

Rusiya Ukraynanın paytaxtı Kiyevə, həmçinin Mikolayiv, Xarkov, Dnepropetrovsk və Lvov vilayətlərinə intensiv raket hücumları həyata keçirib.

"Kanal14.az" Demokrat.az-a istinadən xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi İdarəsinin rəisi Sergey Popko administrasiyanın sosial media hesabında açıqlama yayıb.

Açıqlamada, Rusiyanın ilin əvvəlindən bəri üçüncü dəfə Kiyevə raket hücumu həyata keçirdiyini bildirilib.

Hava hücumu həyəcanının təxminən 3 saat davam etdiyinə diqqət çəkilib.

Eyni zamanda, Rusiya ordusunun hücumda X-101/Х-555/Х-55 qanadlı raketlərindən istifadə etdiyi bildirilib.

Həmçinin, raketlərin paytaxta müxtəlif istiqamətlərdən bir neçə dalğa ilə düşdüyü, hücum nəticəsində Qolosiyiv rayonunda çoxmərtəbəli yaşayış binasında və xidmət stansiyasında yanğın baş verdiyi açıqlanıb.