Türkiyə Mərkəzi Bankına yeni sədr təyin olunub. 

"Kanal14.az" xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sərəncamı ilə Fatih Karahan Mərkəzi Bankın sədri təyin edilib.

O daha əvvəl vitse-prezident vəzifəsini icra edib. 

Qeyd edək ki, Mərkəzi Bankın əvvəlki sədri Hafize Qaye Erkan istefa verib.