ABŞ-nin Pensilvaniya ştatında qan donduran cinayət hadisəsi baş verib. 

"Kanal14.az" xarici KİV-ə istinadən xəbər verir ki, 32 yaşlı Castin Mohn gecə saatlarında federal hökumətdə işləyən 68 yaşlı atası Mayklın başını kəsərək öldürüb. 

Dəhşətlisi budur ki, Mohn hadisədən sonra "YouTube" kanalına 14 dəqiqəlik video yükləyib. Görüntülərdə o, atasının kəsilmiş başını kameraya tutaraq Bayden administrasiyasını təhdid edib.  

Prezident olmaq istədiyini iddia edən şəxs, yaxınlarını da Bayden hökumətinə işləyən tanışlarını öldürməyə çağırıb.

ABŞ rəhbərliyinin yüksək rütbəli üzvlərini öldürənlərə 1 milyon dollar verəcəyini də söyləyib: "Hazırda bunun üçün 10 milyon dollarım var, lakin daha çox ehtiyac var. Ümid edirəm ki, amerikalılar vətən sevgisi ilə bu xain idarəçiliyə qarşı mübarizəni davam etdirəcəklər”.

Bayden rəhbərliyinin immiqrasiya siyasəti və iqtisadi böhranı ilə ölkəni məhv etdiyini deyən Mohn, "Federal hökumətin xəyanətinə qarşı yeganə yol zorakılıqdır. Bu, Mayk Mohnun ağlıdır. 20- ildən çox federal hökumət üçün çalışdı. O, mənim atam idi. İndi vətənə xəyanət edən bir xain olaraq cəhənnəmə getdi",- deyib. 

Dəhşətli video  "YouTube"dan silinsə də, ölkədə böyük əks-səda yaradıb. Qətlə yetirilən atanın başsız meyiti evin hamamında tapılıb. 

Castin Mohn qətldən 2 saat sonra evində polis tərəfindən saxlanılıb. 

  • Atasının kəsilmiş başı ilə Baydeni TƏHDİD ETDİ - FOTO
  • Atasının kəsilmiş başı ilə Baydeni TƏHDİD ETDİ - FOTO