Gündəm / Siyasət / Hadisə

Vardanyanın apellyasiya şikayəti təmin edilmədi

Vardanyanın apellyasiya şikayəti təmin edilmədi

Dövlət Təhlükəsizliyi Xidmətində Ruben Vardanyan barədə cinayət işinin istintaqı davam edir. Məlum olduğu kimi, separatçı milyarder kimi tanınmış Ruben Vardanyan barəsində həbs qətimkan tədbirinin müddəti Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən 4 ay müddətinə uzadılıb.

"Kanal14.az" xəbər verir ki, həmin qərardan Ruben Vardanyanın müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilib.

Bakı Apellyasiya Məhkəməsində keçirilmiş proses nəticəsində məhkəmənin qərarı elan edilib. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib və R.Vardanyanın barəsində həbs müddətinin uzadılması barədə birinci instansiya məhkəməsinin qərarı qüvvəsində saxlanılıb.