Gündəm / İdman

Səbuhi Səfiyarlı idman direktoru təyin edildi

Səbuhi Səfiyarlı idman direktoru təyin edildi

"Qəbələ” klubunda yeni təyinat gerçəkləşib.

"Kanal14.az" bildirir ki, bu barədə Qaynarinfo-ya "qırmızı-qaralar"ın mətbuat xidmətindən məlumat verilib.

Səbuhi Səfiyarlı bölgə təmsilçisinin idman direktoru vəzifəsinə təyin edilib.

Əvvəl də "Qəbələ"də çalışmış S.Səfiyarlı klub prezidenti Fariz Nəcəfov tərəfindən kollektivə təqdim olunub.