Gündəm / Siyasət

"Azərbaycan AŞPA ilə bağlı ədalətli qərar qəbul edib" - Rus deputat


"Azərbaycan nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyası (AŞPA) ilə bağlı ədalətli qərar qəbul edib". 

"Kanal14.az" xəbər verir ki, bunu Rusiya Federasiyası Dövlət Dumasının MDB İşləri, Avrasiya İnteqrasiyası və Həmvətənlərlə Əlaqələr Komitəsinin sədri Leonid Kalaşnikov deyib. 

O, bu barədə jurnalistin verdiyi suala belə cavab verib: "Bakının bu qədər ədalətli və sərt reaksiya verməsi diqqət və hörmətə layiqdir. Bu gün suveren ölkələr üçün belə cavabların vaxtıdır. Qərb təkcə Rusiyaya münasibətdə deyil, həm də Azərbaycan, Türkiyə və digər suveren ölkələrlə münasibətdə həmişə açıq şəkildə qeyri-bərabərlik edib. 

Azərbaycan AŞPA ilə bağlı qərarından qətiyyən peşman olmamalıdır. Biz oradan ayrıldıq və vəziyyət daha da pisləşmədi. Niyə təzyiqə dözməliyik - bunun heç bir səbəbi yoxdur".

Kalaşnikovun sözlərinə görə, bu gün Qərb üçün Cənubi Qafqazı qızışdırmaq vacibdir: "Onlar Bakıya münasibətdə həmişə qeyri-bərabər olublar. Rusiya kimi Azərbaycanı da "maarifləndirməli" dövlətlər sırasına daxil ediblər. Ermənistan isə burada sadəcə bir alətdir, detonatordur. Sadəcə istifadə edirlər".