Siyasət

AŞPA: "İnternetdə insan hüquqlarının qorunması təmin edilməlidir"

http://olke.az/uploads/1548306150/aspa.jpg
 
Avropa Şurası Parlament Assambleyası (AŞPA) internet idarəçiliyi və insan hüquqlarına dair qətnamə qəbul edib.

DogruXeber.az Report-a istinadən verdiyi məlumata görə, qətnamədə internetdə insan hüquqlarının qorunmasının təmin edilməsinin çox vacib olduğu bildirilir.

Qətnamədə tövsiyə edilir ki, internet və onun idarə edilməsi məsələsi dövlət siyasətinin əsasında duran məsələlərdən olmalıdır. Üzv ölkələr sosial şəbəkənin neytrallığını qorumağa, informatika cinayətinə qarşı qlobal mübarizə siyasətinə malik olmağa, söz azadlığından sui-istifadə edilmə hallarının qarşısını almağa dəvət olunurlar.

 

Daha əvvəl AŞPA ictimai media xidmətlərinə dair qətnamə qəbul edib.