Gündəm / Siyasət / Dünya

Ruhani Ekspertlər Məclisinə seçkilərdə iştirakdan məhrum edildi

Ruhani Ekspertlər Məclisinə seçkilərdə iştirakdan məhrum edildi

Müşahidə Şurası (İranda parlamentdən sonra ən yüksək qanunverici orqan) ölkənin ali liderini təyin edən və vəzifədən uzaqlaşdıra bilən Ekspertlər Şurasına martda keçiriləcək seçkilərdə keçmiş prezident Həsən Ruhaninin iştirakını qadağan edib.

"Kanal14.az" xəbər verir ki, bu barədə İranın Fars agentliyi məlumat yayıb. 88 nəfərdən ibarət Ekspertlər Şurası İranın ali orqanlarının fəaliyyətinə nəzarət edir.
"Həssan Ruhaninin ofisi eks-prezidentin Ekspertlər Şurasına seçkilərdə iştirakdan kənarlaşdırıldığını elan edib”, - bəyanatda deyilir.

Eyni zamanda, Ekspertlər Şurasına seçkilərdə namizədlərin təsdiqinə cavabdeh olan Müşahidə Şurası hələlik bütün namizədlərin siyahısını təsdiq üçün Daxili İşlər Nazirliyinə göndərməyib.

1982-ci ildə yaradılan 88 nəfərdən ibarət Ekspertlər Şurası İslam Respublikasında ali hakimiyyət orqanlarının, xüsusilə də ölkənin parlamenti və hökumətinin fəaliyyətinə nəzarət edir.