Gündəm / Hadisə / Dünya

Yaponiyada AES-də buxar sızması oldu

Yaponiyada AES-də buxar sızması oldu

Yaponiyanın Fukui prefekturasında yerləşən Takahama atom elektrik stansiyasının boru kəmərlərindən birində buxar sızması baş verib.

"Kanal14.az" xəbər verir ki, bu barədə "Kansai Electric Power” enerji şirkəti məlumat yayıb.

Hadisə nəticəsində stansiyada və onun ətrafında radiasiya səviyyəsində artım olmayıb. O da qeyd edilib ki, sızıntı stansiyanın fəaliyyətinə birbaşa təsir göstərməyib. Hazırda enerji şirkətinin mütəxəssisləri hadisənin səbəblərini araşdırır.

Şirkətdən verilən məlumata görə, sızmanın müəyyən edilməsi və aradan qaldırılması üzrə texniki işlərin aparıldığı müddətdə stansiyanın istehsal etdiyi elektrik enerjisinin həcmi 40 faiz azalacaq.