Gündəm / Dünya

ABŞ səfiri 20 Yanvar faciəsi ilə bağlı başsağlığı verdi

ABŞ səfiri 20 Yanvar faciəsi ilə bağlı başsağlığı verdi

ABŞ-nin Azərbaycandakı yeni səfiri Mark Libbi 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Azərbaycana başsağlığı verib.

"Kanal14.az” xəbər verir ki, bu barədə ABŞ-nin Bakıdakı Səfirliyinin feysbuk hesabında paylaşım edilib. 

"Bu gün biz Qara Yanvar faciəsində həlak olanların xatirəsini ehtiramla yad edirik. Bu faciəli gündə yaxınlarını itirənlərin ailə üzvlərinə və dostlarına dərin hüzünlə başsağlığı veririk”, - deyə səfir qeyd edib.

Xatırladaq ki, yanvarın 18-i Prezident İlham Əliyev səfir Mark Libbinin etimadnaməsini qəbul edib.