Gündəm / İqtisadiyyat / Cəmiyyət / Sosial

Azərbaycanda təxminən 223 min nəfər doyunca yemək yeyə bilmir – Rəsmi

Azərbaycanda təxminən 223 min nəfər doyunca yemək yeyə bilmir – Rəsmi

2023-cü ildə Azərbaycanda təxminən 223 min nəfər doyunca yemək yeyə bilməyib.

"Kanal14.az" Yeniavaz.com-a xəbər verir ki, belə bir məlumatı Dövlət Statistika Komitəsi açıqlayıb.

Açıqlanan məlumatda bildirilir ki, yemək üçün kifayət qədər pulu olmayan və ya digər ehtiyatların (mənbələrin) olmaması səbəbindən ac ola-ola doyunca yemək yeyə bilməyən ev təsərrüfatlarının onların ümumi sayında xüsusi çəkisi 2,2%-ə bərabərdir.

Qeyd edək ki, 2023-cü ildə Azərbaycan əhalisinin sayı 10 milyon 127, 1 min olub. Hər bir ev təsərrüfatının payına orta hesabla 4,23 nəfərin düşdüyünü nəzərə alsaq, ölkədə təxminən 2 milyon 394 min ev təsərrüfatı olur. Ev təsərrüfatlarının 2,2%-i isə təxminən 52,6 minə bərabərdir. Bu da o deməkdir ki, 2023-cü ildə Azərbaycanda təxminən 223 min nəfər ac olduğu halda doyunca yemək yeyə bilməyib.