Cəmiyyət / Sosial / Təhsil

Bu universitetin tələbələrinə aylıq yemək və geyim xərci veriləcək - Baş nazirdən qərar

Bu universitetin tələbələrinə aylıq yemək və geyim xərci veriləcək - Baş nazirdən qərar

Baş Nazir Əli Əsədov Azərbaycan İlahiyyat İnstitutunda təhsilalanların aylıq yemək xərcinin məbləğinin və xüsusi geyim forması ilə təmin olunması normalarının təsdiq edilməsi haqqında qərar imzalayıb.

 

Kanal14.az Modern.az-a istinadənxəbər verir ki, qərarla İlahiyyat İnstitutunda bir təhsilalana verilən aylıq yemək xərci 60 manat məbləğində təsdiq edilib.

 

Qərarla aylıq yemək xərci bakalavriat səviyyəsində təhsilalanlara 4 ildən, magistratura səviyyəsində təhsilalanlara 2 ildən, doktorantura səviyyəsində təhsilalanlara isə 3 ildən çox olmayan müddət üzrə ödəniləcək.